Ceyhun Bayramov Bişkekdə: nazir Ata-Beyit Memorial Kompleksi ziyarət edib, həmkarı ilə görüşüb - FOTOLAR

img

09-04-2024 [08:58]


Xarici işlər naziri Ceyhun Bayramov Bişkekdəki Ata-Beyit Memorial Kompleksini ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım olub.

Nazir Kompleksin önünə əklil qoyub. Azərbaycan nümayəndə heyəti Qırğızıstanın suverenliyi uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla yad edib.

Səfər çərçivəsində görkəmli qırğız yazıçısı, Azərbaycanın böyük dostu Çingiz Aytmatovun məzarı da ziyarət edilib, üzərinə gül dəstələri qoyub.

Bundan sonra Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR