PREZİDENTDƏN YENİ NAZİR MÜAVİNİ TƏYİNATI: Orxan Zeynalov kimdir? -FOTO

img

08-04-2024 [18:18]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, müvafiq sərəncamla Orxan Namiq oğlu Zeynalov Energetika nazirinə müavin təyin olunub.

Yeni nazir müavinini bu gün kollektivə nazir Pərviz Şahbazov təqdim edib.

Xatırladaq ki,O.Zeynalov Dövlət İqtisad Universitetini bitirib, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb. 2003-cü ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri yerinə yetirmiş O.Zeynalov 2020-2022-ci illərdə Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR