İmamoğlu ingilis mediasına danışdı: "Ədoğanın gələcəyi öz əlindədir" - "Bunu dırnaq içərisində avtoritar rejim adlandıra bilərik"

img

08-04-2024 [09:56]


Martın 31-də keçirilən seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyə sədri postunu yenidən qazanan Əkrəm İmamoğlu İngilətərnin məşhur "Financial Times" nəşrinə maraqlı müsahibə veirb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müsahibəsində prezident Ərdoğanı "diktator" adlandırmasa da, iqtidarda tək söz sahibi olduğunu deyib və ona meaj ünvanlayıb.

İmamoğlu prezident Ərdoğana xitabən bildirib ki, bu seçkidə seçicilər onun qarşısında çox aydın tələb qoyub: "Əgər o, bir adamın iradəsinin dövlətə hakim olduğu siyasətdən əl çəkməsə, siyasi gələcəyi üçün narahat olmalıdır. Seçicilərin oan açıq mesajıl var. Bu mesajı düzgün oxumasa və eyni şeyi etməyə davam edərərsə, siyasi həyatı qısalacaq. Hər şey ondan, özündən asılıdır, öz əlindədir...".

İmamoğlu bildirib ki, İstanbulda heç bir dövlət qurumu siyasi təlimat olmadan səlahiyyətini icra edə bilmir: "Hazırda İstanbul belə bir şəhərə çevrilib. Bu da bizə ölkədə tək bir şəxsin iradəsini əsas olduöunun əyani sübutudur. Biz bunu dırnaq içərisində avtoritar rejim adlandıra bilərik. Amma düşünürəm ki, bu seçkilər bu idarəetmə metoduna, təcrübəsinə açıq formada yox dedi, qınadı...".

Tahir Şəlvəli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR