Yeni bələdiyyə sədrlərinə belə afişa asdırıldı: "Rüşvət alan da, verən də məlundur"

img

08-04-2024 [00:24]


Yenidən Rifah Partiyasının (YRP) sədri Fatih Erbakan 31 mat seçkilərində partiya üzvlərinin qalib gəldiyi bələdiyyələrdə rüşvətxorluğa qarşı mübarizə ilə bağlı qəti tapşırıq verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Erbakan 43 faiz səslə Konya Çumra Bələdiyyə sədri seçilən Mehmet Aydın, 35 faiz səslə Sakarya Geyve Bələdiyyə sədri seçilən Səlcuq Yıldız, 50 faiz səslə Dulkadiroğlu Bələdyyə sədri seçilən Mehmet Akpınar və digərlərinə bələdiyyə binası girişinə afişa asdırıb.

Afişada yazılıb: "Rüşvət alan da, verən də məlundur".

YRP sədri Fatih Ərbakan bu barədə mesaj paylaşıb: "Əlhəmdülillah... Yenidən Rifah Bələdiyyə sədrlərimiz söz verdiyimiz kimi lövhələrini asmağa başladılar. Əxlaqlı bələdiyyəçilik dövrü başlayır".

YRP lideri ilə yanaşı, bir neçə bələdiyyə sədri də sözügedən afişalı lövhənin qarşısında foto yayıblar.

Samir Musayev

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR