Hatayda səslər yenidən sayılacaq? - CHP YSK qarşısına toplandı, etiraz verildi

img

08-04-2024 [00:05]


Türkiyədə 31 mart seçkilərində Hatay böyük şəhər bələdiyyə sədri vəzifəsini cüzi səs faizi ilə AKP namizədinin qazanması ana müxalifət partiyası və onun namizədi Lütfi Savaşın etirazı ilə qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl və partiyadaşları Hatayda seçkinin nəticələri dəqiqləşmədən şəhər seçki dairəsi tərəfindən AK Partiyanın namizədi Mehmet Öntürkə bələdiyyə şəhadətnaməsini təqdim olunmasına rəsmi etiraz edib.

CHP rəhbərliyi bu məqsədlə Yüksək Seçki Kurumunun (YSK/MSK) qarşısında bir araya gəlib. YSK sədri Ahməd Yenerlə Özgür görüşən  CHP sədri Özgür Özəl rəsmi etirazı ona təqdim edib. CHP-lilər səslərin təkrar sayılmasını, bu da mümkün olmadıqda isə etibarsız sayılan 38 minə yaxın səsin təkrar sayımını tələb edirlər. Onlar iddia edir ki, bütün bunlarla yanaşı, Hatay seçkisində vəfat etmiş 3389 nəfərin adından səs verilib. 

YSK qarşısında açqılama verən CHP sədrinin köməkçisi Gül Çiftçi Binicinin Özgür Özəlin səs telindən əməliyyat olması səbəbiylə jurnalistlərin suallarını cavablandırıb: "Hatay üçün etiraz ərizəmizi verdik. Ümid edirik ki, YSK operativ şəkildə etirazı qəbul edəcək. Baxın, Kayserinin Pınarbaşı mahalında seçkinin ləğvi qərarı möhürsüz torbalarla əlaqələndirildi. Eyni hal Ardahanın Çıldır mahalında da, Kütahyada da oldu, ancaq niyə Hatayda olmasına imkan verilmir? Biz Hatay və onun na bağlı bələdiyyələrdə səslərin təkrar sayımını tələb edir və bu barədə rəsmi ərizləri bu gün YSK-ya təqdim elədik...".

Köməkçi Hatayda səslərin ya tam, bu, mümkün olmadıqda isə etibarsız səslərin təkrar sayılmasını tələb etdiklərini bir daha təsdiqləyib: "Bəli, biz həqiqətən 3389 ölmüş adamın adından səs verildiyini bilirik. Ən azı bunlar dəqiqləşmədən AKP namizədinin qalib elan olunması qəbulolunmazdır...".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR