Bələdiyyə sədri xidməti kabinetində saunna tikdirib - Qalmaqal (Açıqlamalar)

img

08-04-2024 [09:14]


Türkiyədə 31 mart seçkiləri başa çatsa da, hələ də iqtidar partiyası AKP ilə müxalif partiya CHP arasında ayrı-ayrı bələdiyyələr üzrə "kompromat savaşı" davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 martda CHP İstanbul şəhəri üzrə qalib gəldiyi 39 rayondan 26-da artıq indidən təftişə başlayıb.

Məlumata görə, vaxtilə uzun ilər AKP-lilərin rəhbərlik etdiyi bələdiyyələrdə seçki günü daxil bəzi qanunsuz aktlara imza atıldığı aşkarlanıb.

Bunun cəmiyyətdəki "yanğı"sı davam edərəkən CHP düşərgəsindən, daha dəqiqi, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun seçki qərargahının rəhbəri Necati Özkan sensasion iddia irəli sürüb. O, yerli telekanallardan birinə İstanbulun Sancaktepe Bələdiyyəsinə yeni sədri seçiən CHP-li Alper Yeğeni təbrik etmək üçün Sancaktepe Bələdiyyəsinə getdiyini və orada gördüklərindən heyrətləndiyini deyib: "Bələdiyə sədrinin oturduğu mərtəbə 6 min kvadratmetrdir. Burada saysız otaqlar - istirahət otaqları, dinləmə otağı, hətta saunna və 200 kvadratmetr mətbəx var. Bu, necə ola bilər? Xalq böyük yoxsulluq içindədir, iftar almaq üçün çadırlarda növbəyə durur. Bəs, bunlar xalqın pulu ilə bu komfortu özərinə necə rəva görür? Bunları gördükcə, Ədalət və İnkişaf Partiyasının (AKP) bu gün uduzmasının səbəbsiz olmadığı aydın olur..".

Bu iddialara 31 marta qədər AKP-nin Sancaktəpə Bələdiyyə sədri Şeyma Döğücü sosial media hesabından sərt reaksiya evrib. Xanım İmamoğlunun seçki qəragahına xitabən yazıb: "Bir anaya, bir qadına böhtan atmağın əvəzini həm qanun qarşısında, həm də millətin vicdanında mühakimə olunmaqla ödəyəcəksən. Necati Özkan, orada saunna olduğunu sübut etməsən, səndən yaramaz adam yoxdur. Mən indiki bələdiyyə sədrinə  səslənirəm: saunna olduğunu iddia edənlərə qarşı indi oradan canlı yayım aç! Hodri meydan!”.

AKP-li xanımın çağışına CHP-nin adıçəkilən rayon üzrə yeni bələdiyyə sədri belə cavab verib: "Mətbuatda və sosial mediada müzakirəsi gedən Sancaktepe xəbərləri ilə əlaqədar olaraq bildirirəm ki, Şeyma Döğücü xanımın dövründə bələdiyyə sədrinin oturduğu mərtəbədə heç bir təmir işləri aparılmayıb. Ancaq əvvəlki bələdiyyə sədri dəbdəbəli hamam otağı yaradıb. Bu saunna məsələsini çox dəyərsiz sayacaq lüks və müflis bir bələdiyyə  hekayəsini yaxın günlərdə sizinlə paylaşacağam".

Tahir Şəlvəli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR