Ardahanda təkrar seçki qərarı ləğv olundu - CHP-nin namizədi yenidən qalib elan edildi

img

06-04-2024 [00:07]


Ardahan Mərkəzi Dairə Seçki Komissiyası 31 mart bələdiyə seçkilərinin 2 iyulda təkrar keçirilməsi barədə qərarı ləğv edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 31 mart seçkilərində CHP-nin namizədi və hazırkı bələdiyyə sədri Faruk Dəmir 5049, AK Partiya namizədi Yunus Baydar isə 4875 səs toplayıb.

Lakin AK Partiya şəhər təşkilatı səslərin doğru sayılmadığını və bəzi məntəqlərdə "üsulsuz"luq olduğunu iddia edərək, nəticələrin ləğvinə və təkrar seçki keçirilməsi qərarına nail olmuşdu.

Türkiyə mətbuatı yazır ki, CHP-nin şikayəti əsasında Mərkəz Dairə Seçki Komissiyasında məsələ araşdırılıb və təkrar seçki qərarı ləğv olunub.

Beləliklə, CHP namizədi yenidən qalib elan edilib.

Bu qərardan sonra CHP-nin namizədi və Ardahan Bələdiyyə sdəri Faruk Dəmir bələdiyyə qarşısında jurnalistlərə açıqlama verib: "Müstəqil Türkiyə məhkəmə sistemimizin şəffaf işi nəticəsində etirazımız qəbul olundu. Dəyərli Ardahan bizi ikinci dəfə bu şərəfli vəzifəyə layiq bildi. Yaxın günlərdə seçki komissiyası şəhadətnaməmi təqdim edəcək".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR