Ərdoğan 3 nazir və xeyli partiya funksionerini istefaya göndərir - Seçkidəki uğursuzluğa görə (SİYAHI)

img

06-04-2024 [09:16]


31 martda keçirilən bələdiyyə seçkilərində tarixində ilk dəfə CHP-yə ümumi səs faizi və qazanılan bələdiyyə sayına görə uduzan AKP lideri, Prezident Ərdoğan komandasına məğlubiyyətin cəzalarını kəsməyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir çox iri şəhər və rayonlarda müxalifətə uduzan AK Partiyada artıq "təqsirli şəxslər" müəyyənləşib.

Türkiyə mətbuatı yazır ki, aralarında AK Partiyanın Seçki işləri üzrə məsul şəxsi Ali İhsan Yavuzun da olduğu bir çox partiya funksionerləri daxil olmaqla, 3 nazir də istefaya göndəriləcək: "Ərdoğan onunla yanaşı, təşkilatı işlərdən məsul olan sabiq nazirlər Hayati Yazıcı və partiyanın mərkəzi aparat rəhbəri Fatih Şahini artıq "qapının kəndarı"na qoyub. Onlarla yanaşı, Ədliyyə naziri Yılmaz Tunç nazirliyə tam hakim ola bilməmək, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun gözlənilən performansı göstərə bilməmək, Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı isə siyasi naşılığı səbəbindən istefaya yollayacaq".

İddiaya görə, onlarla yanaşı, AKP-nin aşağıda adları çəkilən "ağır topları"da Prezident Ərdoğanın gözündən düşüb: 

1 AK Partiya sədrinin Köməkçisi Ömər Çelik və komandası

2. AK Partiya Qrup Başkanvekili Özlem Zengin və komandası

3. AK Partiya sədrinin müavini, sabiq DİN rəhbəri Efkan Ala və komandası

4. AK Partiya sədrinin müavini Erkan Kandemir

5. AK Partiya sədrinin köməkçisi Fatma Betül Sayan Kaya

6. AK Partiya sədrinin köməkçisi Yusuf Ziya Yılmaz

7. AK Partiya Gənclik Qolları başçısı Eyyüp Kadr İnan

8. AK Partiya İstanbul təşkilatının sədri Osman Nuri Kabaktepe və sair.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR