Türkiyə 5 dairə üzrə yenidən seçi qərarı verdi - SİYAHI  

img

05-04-2024 [12:26]


Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkiləri üzrə 5 dairədə nəticələr ləğv olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli dairə seçki komissiyaları həmin 5 dairə üzrə 2 iyulda təkrar seçkiyə qırar veriblər.

Təkrar seçkilər bu bələdiyyələr üzrə keçiriləcək: 

ARDAHAN

Burada CHP namizədi Faruk Dəmir 5 min 49, AK Partiya namizədi Yunus Baydar isə 4 min 875 səs toplayıb. Lkain AKP-nin etirazına görə seçkilərin yenilənməsinə qərar verilib.

AKPAZAR

Tuncelinin Mazgirt mahalının Akpazar qəsəbəsində də seçkilərin yenilənməsinə qərar verib. Burada CHP-nin namizədi Zeynel Yıldırım 471, AK Partiyanın namizədi Əli Aydın 467, DEM Partiyasının namizədi Orhan Çələbi isə 274 səs toplayıb. AK Partiya isə nəticəyə etiraz edib deyə təkrar seçki qərarı verilib.

GÜZELYURT

Aksarayın Güzelyurt mahalında bir səslə uduzan AK Partiyanın etirazı qəbul edilib. Qeyd edək ki, burada 31 mart seçkisində İYİ Partiyasının namizədi Hazim Turan 549 səs toplayaraq Gözəlyurt bələdiyyə başqanlığına qalib gəlmişdi. AK Partiyanın namizədi Ünal Demircioğlu 548 səs toplayıb.

HİLVAN

DEM Partiyasının namizədi Şanlıurfanın Hilvan rayonundakı seçkidə qələbə qazansa da, AK Partiyanın etirazından sonra seçkilərin yenilənməsinə qərar verilib. Hilvanda DEM Partiyasının namizədi Serhan Paydaş 6 min 960, AKP namizədi Aslan Ali Bayık isə 6 min 439 səs toplayıb.

PINARBASI

Kayserinin Pınarbaşı rayonunda keçirilən seçki MHP-nin etirazından sonra ləğv edilib. CHP namizədi 5 min 82 səslə  burada illər sonra partiyasının qələbəsin təmin eləsə də, 4 min 758 səs alan MHP namizədinin etirazı yeni seçki qərarına yol açıb.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR