CHP və BBP-nin bir rayon və qəsəbədə qazandıqları seçkinin nəticələri ləğv olunub

img

05-04-2024 [08:42]


Türkiyədə 31 mart seçkiləri ilə bağlı proses hələ də davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəzi şəhər və rayonlarda etirazlara görə səslər yenidən sayılır, bəzilərində isə seçkinin nəticələri ləğv olunaraq 2 iyul tarixinə yeni seçki elan olunub.

Türkiyə mətbuatı yazır ki, dünən Ardahan çəhər seçki komissiyası CHP-nin namizədinin qalib gəldiyi böyük şəhər bələdiyyə sədri seçkilərinin yenilənməsinə qərar verib. 

Cümhuriyyət Xalq Partiyasının (CHP) Ardahan şəhəri üzrə namizədi Faruk Dəmir qərara etiraz edib: "Şəhər seçki komissiyasının bu qərarı hələ hər şey demək deyil. Bu qərardan sabah (bu gün) şikayət edəcəyik. Çünki seçkinin nəticəsinin ləğvi və təkrarlanması üçün konkret əsası yoxdur. Ona görə Yüksək Seçki Kuruluna (YSK) müraciət edəcəyik".

Xatırladaq kik, Ardahanda AK Partiya ilə CHP namizədi arasında güclü rəqabət gedib. CHP-nin namizədi Faruk Dəmir 45,06 faiz, AK Partiyanın namizədi Yunus Baydar isə 43,51 faiz səs toplayıb.

AK Partiyanın Ardahan Bələdiyyə sədrliyinə namizədi  Yunus Baydar CHP-dən Faruk Dəmirin 174 səs fərqi ilə qazandığı seçki nəticələrinə etiraz etdiyi üçün yuxarıdakı qərar qəbul edilib.

Bu arada bəlli olub ki, Ardahana bağlı Gölə rayonundakı Köprülü qəsəbəsində seçkinin nəticəsi ləğv olunub. Belə ki, Mustafa Destecinin lideri olduğu Böyük Birlik Partiyasının (BBP) namizədinin 21 səslə qalib gəldiyi seçkinin nəticələrinə 4 partiyanın namizədləri etiraz ediblər: "Böyük Birlik Partiyasının namizədi Mustafa Yıldırımcının 22,83 faiz səslə qalib gəldiyi seçkilərdə AK Partiya namizədi Yücel Akkoç və CHP-nin namizədi Yüksel Bozkurt eyni səsi  - 20.89  faiz toplayıb. Yenidən Rifah Partiyasının namizədi Emirhan Sarıkaya 17, Deva namizədi Erol Özkurt 16 faiz səs alıb. Bu namizədlərin 4-ü də səslərin yenidən sayılması və ya nəticənin ləğvini tələb edib. Qəsəsbə seçki komissiyası etrirazı qəbul edib. BBP namizədi isə qərardan üst quruma şikayət edib".

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR