Xalq artistinin fəryadı: "Maaşımdan niyə sığorta ödəyirəm?"

img

04-04-2024 [15:41]


Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.

Kömək üçün Lent.az-a müraciət edən Naibə Allahverdiyeva bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir, lakin həkimlərdən kömək ala bilmir: “Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, temperaturum düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”.

TƏBİB-dən Lent.az-a bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılaraq ona lazımi tibbi yardım göstəriləcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR