YSK qərar verdi - CHP-nın "qıl payı" qazandığı rayonda səslər təkrar sayılmayacaq

img

04-04-2024 [14:43]


Türkiyə Yüksək Seçik Kuurlu (YSK/MSK) 31 mart bələdiyyıəs seçkiləri ilə bağlı İstanbulun Beykoz rayon Bələdiyyə sədrliyinə seçkilərin nəticələrinin yenidən sayılması qərarını geri götürüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara görə, seçkidə 45,87 faiz səs qazanan CHP-li Alaattin Köselər rəsmən qalib elan olunub.

Bu barədə CHP İstanbul şəhər təşkilatının sədri Özgür Çelik açıqlama verib.

O bildirib kiŞ YSK səslərin təkrar sayımına etirazı qəbul edib: "Beykozda seçki komissiyasının səslərin yenidən sayılması qərarı YSK tərəfindən ləğv edildi. Bununla da Beykoz Bələdiyyə başçısı Alaattin Köselerin rəsmən şəhadətnaməsini almasına heç bir maneə qalmayıb!".

Təşkilat sədri bildirib ki, Qaziosmanpaşa, Bahçelievler, Pendik, Ümraniye, Arnavutköydə isə  təkrar sayılır: "Prosesi diqqətlə izləyirik!”

Xatırladaq ki, Beykozda CHP-nin namizədi Alaattin Köseler 45,87, hazırkı başqan və AK Partiya namizədi Murat Aydın isə 44,91 səs yığıb. Aradakı 1433 səs fərqindən sonra AK Partiya nəticələrə etiraz edərək səslərin yenidən sayılmasını tələb etmişdi.

Onu da qeyd edək ki, YSK bundan əvvəl Vanla bağlı qərarı ləğv edib.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR