İYİ Partiyada ard-arada istefalar oldu - Açqılamalar

img

04-04-2024 [10:10]


31 mart seçkilərindəki uğursuzluğa görə Meral Akşenerin lideri olduğu İYİ partiyada istefalar davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün İYİ Partiyada Təşkilatın sədri, İstanbul bələdiyyəsinə namizəd, deputat Buğra Kavuncu və ipartiyanın seçkiər üzrə məsul şəxsi Burak Akburak istefa veriblər.

Seçkilərdə İstanbulda 0,63 faiz səs toplayan Buğra Kavuncu bildirib ki, əldə etdiyi nəticədən sonra partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsində qalması doğru deyil: "Məsuliyyətimi yerinə yetirərək və növbədənkənar qurultayla bağlı 8 aydır tutduğum Təşkilat şöbəsi müdirliyindən istefa verirəm".

O, bundan deputat kimi partiyaya xidmət edəcəyini qeyd edib.

İYİ Partiyada bələdiyyə seçkiləri üzrə məsul şəxs Burak Akburak da uğursuz nəticəyə görə istefa verdiyini bəyan edib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR