Hikmət Hacıyev: "Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var" - FOTOLAR (Yenilənib)

img

04-04-2024 [11:29]


"Azərbaycanın azad edilmiş ərazilərinin demək olar ki, hər qarışı işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev sosial medai hesabında yazıb.

O, daha sonra qeyd edib: "ANAMA-nın təqdim etdiyi fotolarda zərərsizləşdirmə tələb olunan minalar sarı çubuqlarla işarələnib".

***

"Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib: "Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR