DEM Partiya Van şəhərini AK Partiyadan yenidən geri aldı - YSK komissiyanın qərarını ləğv elədi

img

03-04-2024 [22:30]


Xəbər verdiyimiz kimi, 31 mart seçkilərində 58 faiz səslə Van bələdiyyə sədrliyinə keçirilən seçkidə qalib gələn kürdlərin partiyası - DEM-in üzvü Abdullah Zeydanın qələbəsinin ləğv edilərək, ikinci ən çox səs qazanan AK Partiya namizədi Əbdülahat Arvasa sədr vəsiqəsinin verilməsi şəhərdə qarşıdurma yaradıb.

Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Van seçki komissiyasının Ədliyyə Nazirliyinin Abdullah Zeydanın haqqında cinayət işi açmasını əsas gətirərək verdiyi bu qərarı isə Yüksək Seçki Kurulu (YSK/MSK) bu gün ləğv edib.

Məlumata görə, qərara əssən DEM partiyanın namizədinin qələbəsi tanınıb və sədr postu ilə bağlı vəsiqə ona təqdim olunacaq.

Tahir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR