Cəmi iki bölümü yayımlanan serial finala çıxır - Məşhur aktyorlar reytinq toplaya bilmədi (FOTOLAR)

img

02-04-2024 [18:07]


ATV-də yayımlanan və Akın Akınözü, Aslıhan Malbora, Büşra Pekin, Tilbe Saran, Halil Babür və Arif Pişkin kimi məşhurların rol aldığı "Yaban Çiçəkləri" serialından bəd xəbər gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bazar ertəsi axşamları yayımlanan "Yabanı Çiçəklər" serialı güclü aktyor heyətinə və ssenarisinə baxmayaraq, reytinqlərdə istənilən səviyyəyə çatmayıb. 

Məlumata görə, bu səbəbdən cəmi 2 bölümü yayımlanan serial 3-cü bölümlə finala çıxacaq.

Xatırladaq ki, rejissoru Aydın Bulut olan serial uşaqikən sevgiləri başlayan, lakin yarımçıq qalan Kılıç və Elanın yenidən qarşılaşmasından bəhs edir.

Ləman

MİA.AZ
 

 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR