Hatay bələdiyyəsinə seçki etiraz doğurdu - CHP səslərin düz sayılmamasından şikayət edib

img

02-04-2024 [16:30]


Türkiyədə 31 mart bələdiyyə seçkilərində Hatay böyük Şəhər Bələdiyyəsinə keçirilən sədr seçkisi narazılıq doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, seçki yarışının sonadək baş-başa mübarizə ilə getdiyi Hatayda ana müxalifət partiyası CHP və onun namizədi Lütfü Savaş nəticələrə etiraz edib.

Məlumata görə. AK Partiya üzvü Mehmet Öntürkün 345 min 884 səs aldığı şəhərdə CHP-nin namizədi Lütfü Savaş 342 min 972 səs toplayıb. 

Aradakı cüzi fərqi səslərin düz sayılmaması ilə əlaqələndirən CHP seçki komissiyasına şikayət edib: "Şikayətdə səslərin yenidən sayılması tələb olunub".

Tahir Şəlvəli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR