Qalib gələn bələdiyyə sədri çoban paltarı geyindi - FOTO

img

02-04-2024 [10:41]


Türkiyədə 31 martda keçirilən bələdiyyə sçekilərinin  təbliğatı dövründə Ərdoğanın lideri olduğu AK Partiyanın Ərzurum Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Mehmet Sekmenin TV-dəki sözləri başına bəla olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, qatıldığı bir TV proqramda ad çəkmədən Yenidən Rifah Partiyası (YRP) Əziziyə rayonu üzrə Bələdiyyə sədrliyinə namizədi Emrullah Akpunar haqqında "O dostumuzdan nəinki bələdiyyə başqanı, heç çoban belə olmaz” deyib.

Mehmet Sekmenin bu sözünə o vaxt Emrullah Akpunar belə cavab vermişdi: "Çoban şərəfli peşədir. Seçiləcəyim günü çoban paltarında rayonu gəzəcəm".

31 mart axşamı isə bələdiyyə sədri seçilən Emrullah Akpunar vədinə əməl edərək Ərzurumun mərkəzi rayonu olan Əziziyədə çoban paltarı ilə dolaşıb, seçiciləri ilə görüşüb, onlara minnətdarlıq eləyib.

Xatırladaq ki, AK Partiya üzvləri Əziziyə də daxil olmaqla, Ərzurum və onun bütün rayon bələdiyyələrinə 20 il rəhbərlik ediblər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR