AzTV onların pulunu niyə vermir? - “35 min manat bizə hələ gəlib çatmayıb”

img

02-04-2024 [09:53]


“Afaqla birlikdə 35 min manat udmuşuq. Amma o pullar bizə hələ gəlib çatmayıb”.

Mia.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində teleaparıcı Tural Əsədov deyib.

O qeyd edib ki, veriliş hələ efirə getmədiyi üçün qazandıqları məbləğ hələ onlara verilməyib. T.Əsədov televiziya kanallarında yayımlanan sosial verilişlərdən də danışıb:

“Filankəs kimisə evdən qovdu, yaxud kimsə uşağını atdı” kimi məsələlərin müzakirə olunduğu verilişlərə çox baxılmasının səbəbi var. Tamaşaçı rahatlıq tapır ki, məndən pis vəziyyətdə olanlar da var”.

Qeyd edək ki, aparıcılar Tural Əsədov və Afaq Gəncəli AzTV-də yayımlanan “Düşən pullar” şousunda 35 min manat qazanıblar.

Ətraflı süjetdə:

img

Digər xəbərlər
SON XƏBƏRLƏR