"Dedi ki, videonu sil..." - İcra başçısının oğlundan vəzifədən çıxarılan şəhid oğlu ilə bağlı açıqlama
01-04-2024 [10:57]
Tərtər rayon sakini Vüsal Mehdiyev deyir ki, rüşvət hallarına, rəhbərliyin özbaşınalıqlarına etiraz etdiyinə görə işini itirib.
Onun sözlərinə görə, baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, özünü işdən çıxarıblar.
35 yaşlı Vüsal Mehdiyev Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsində işləyib.
Onun sözlərinə görə, illər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşüb, atasının şəhid olduğunu və ailənin dolanışığı üçün işə ehtiyac duyduğunu onun nəzərinə çatdırıb: “Atam Qaçay Mehdiyev Tərtərin ilk şəhididir. Nazir vətəndaşları qəbul edəndə mən də getdim. Vəziyyətimiz barədə məlumat verdim. Sağ olsun, dərhal göstəriş verdi, məni işə götürdülər. 2013-cü ilin noyabrından işləyirəm”.
Vüsal Mehdiyev deyir ki, Tərtər Rayon Dövlət Yanğından mühafizə hissəsində işə başlayandan orada rüşvət və başqa formada qanunsuzluqların şahidi olub: “İşçilərdən pul toplanmasından tutmuş, hadisələrin sayının şişirdilməsinə qədər müxtəlif cür qanunsuzluqlar olurdu. Mən də saxtakarlıqlara susmadığıma görə təxminən 3 ay sonra yanğından mühafizə hissəsinin rəisi Mübariz Əliyevlə aramızda problem yarandı. O hesab edir ki, nə istəsəm eləyə bilərəm, işçi kimdir ki, mənə irad bildirsin? Məni sıxışdırmağa başladı. Nazirin adına teleqram vurub, baş verənləri çatdırdım. Dedim, nazir məni ona görə göndərməyib ki, buradakı qanunsuzluqlara şərik olum. Bundan sonra yalvar-yaxar elədi ki, ondan şikayətçi olmayım”.
Səhhətində ciddi problemlər olduğunu deyən Vüsal Mehdiyevin sözlərinə görə, bu üzdən bir neçə dəfə ona xəstəlik vərəqi (bülleten) açılıb.
O vurğulayıb ki, heç vaxt əsassız işdən qalmayıb. Bütün sənədlər də xəstə olduğunu təsdiqləyir: “Mən mədə və prostat problemlərindən əziyyət çəkirəm. Özləri də bunu yaxşı bilir. Amma Mübariz Əliyev bunu bildiyi halda, xəstəxanaya göstəriş verib ki, mənə bülleten açmasınlar. Təsəvvür edin, əlimdə həkim sənədi ola-ola işə gəlmədiyim müddətin maaşını kəsdilər. Düzdür, adamlar var ki, xəstə olmadığı halda, bülletenə çıxır. Məndə elə deyil axı…”.
Vüsal Mehdiyev deyir ki, Mübariz Əliyevin təzyiqlərinə dözməyib, bir müddət əvvəl baş verənləri ictimailəşdirib – başına gələnlər sosial şəbəkələrdə yayılıb.
Onun sözlərinə görə, fövqəladə hallar nazirliyinin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov sosial şəbəkələrdə yayılan videonun silinməsini tələb edib.
“Əslində, atılmalı addım özbaşınalıqların qarşısının alınması, rüşvətxorluq edən, qanunsuzluq edən adamların cəzalandırılması olmalıydı. Görünür, elə buna güvənərək Mübariz Əliyev ona etiraz eləyən işçiyə deyir ki, əcəb eləyirəm, mənim dayağım da var, topum da, topxanam da. Onun bu cür davranışlarının nəticəsidir ki, Bərdə rayonunda işlədiyi dövrdə etiraz olaraq, bir işçi özünü yandırmışdı. Hamını bezdirib. Artıq məni də o həddə çatdırıblar”.
FHN: “Qanunun tələbini pozduğuna görə işdən çıxarılıb”
Vüsal Mehdiyev təxminən iki ay əvvəl işdən çıxarılıb.
Deyir ki, səhhətində ciddi problemlər olan 2 yaşlı da daxil, ailə üzvləri çətin vəziyyətdədir:
“Himayəmdə bir tərəfi işləməyən xəstə uşağım var. Şəhid anası və şəhidin həyat yoldaşı – nənəm və anam da mənim himayəmdədir. Şəhid ailəsinin durumuna belə laqeyd münasibət yolverilməzdir”.
Vüsal Mehdiyevin həm özü, həm də anası Əntiqə İsmayılova onun işə bərpası üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib, amma müraciətlərinə müsbət cavab ala bilməyiblər.
Nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisi Seymur Qaraşov bildirib ki, Vüsal Mehdiyev “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun tələblərini pozduğuna görə nazirin əmrilə işdən çıxarılıb(Meydan TV)
Onu da qeyd edək ki, Seymur Qaraşov Lənkəranın ixra başçısı Taleh Qaraşovun oğludur.
MİA.AZ
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raket vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb