KILICDAROĞLUNDAN TARİXİ QƏLƏBƏYƏ REAKSİYA: "Əkilən toxumlar ting oldu..."

img

01-04-2024 [00:01]


Türkiyədə 31 martda keçirilən seçkilərdə ilk dəfə 35 iri şəhərdə AKP-yə qalib gələn (AKP 25 şhərdə qələbə qazanıb - Mia.az) ana müxalifət partiyası  CHP-nin xüsusən İstanbul, Ankara. İzmir, Bursa, Hatay, Antalya və digər önəmli şəhərlərdə mütıəq üstünülyü böyük maraq oyadıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, bu tarixi qələbəyə CHP-nin keçmiş sədri, prezidentliyə sabiq namizəd Kamal Kılıçdaroğlu münasibətini açıqlayıb.

Sabiq sədri bu barədə sosial media hesabında yazıb: "Cümhuriyyətin ruhuna və inqilablarına sahib çıxan bütün ölkə övladlarına salam olsun. Ölkənin dörd tərəfinə ümid saçan Cümhuriyyət Xalq Partiyası var olsun. Ölkəmizi aydınlığa götürmə yolunda son bir addım qaldı. 

Əkilən toxumlar ting oldu, tinglər çinar olacaq... Ağaclar əkib meşələrə qovuşacağıq, rüzgarda rəqs edən yarpaqlar kimi yağmura dəyəcəyik, bir olub mübarizə aparacağıq, hamımız bərabər ölkəmizi aydınlığa qovuşduracağıq".

Lamiyyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR