Bakıda bina yanıb - 15 nəfər xəstəxanaya yerləşdirilib

img

31-03-2024 [23:22]


Bu gün saat 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub: "Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR