Bu iki məmur özbaşına qərar verir, yoxsa...? - Bakı sakinlərinin narazılığı ilə bağlı araşdırma
27-03-2024 [13:14]
Azərbaycan Dəmir Yolları ASC-nin sürücülərin rahatlığı üçün yaratdığı parkinq xidmətinin qiyməti şok effekti yaradıb.
Onsuz da şəhərdə parkinq qiymətləri kifayət qədər yüksək idi və sürücülər buna etiraz edirdilər. Lakin ADY rəhbərliyinin parkinq xidməti üçün təyin etdiyi qiymət səbir kasasını doldurdu.
Mia.az xəbər verir ki, haqlı olaraq iki gündür sosial şəbəkələrdə bu absurd qiymət siyasətinə etiraz edilir. Və haqlı olaraq ADY rəhbərliyinin, birbaşa qurumun yeni sədri Rövşən Rüstəmovun təklifi ilə tərtib olunan bu prays-listin ölkə başçısına qarşı sabotajdan başqa bir niyyət daşımadığını deyənlər var. Çünki 24 saat avtomobili bir yerdə park etmək üçün 30 manat qiymət müəyyən etməyə başqa bir səbəb tapmaq mümkün deyil. Bunu nə iqtisadi, nə sosial məntiqlə əsaslandırmaq olmaz. Açıq-aydın insanların cibinə girmək, onları narazı elektorata çevirmək istiqamətində atılan addımdır. Bəs səbəb nədir? Bu, bəlli deyil.
Azərbaycanda “yeni gələn gedənə rəhmət oxutdurub” məsəli bu gün də özü təsdiqini tapmaqdadır. Cavid Qurbanovun atasına rəhmət. Qurbanov bu boyda “islahat” həyata keçirməyə cəsarət etməmişdi. İndi ölkə doludur məmurların obyektləri ilə. Bu da oldu Rövşən Rüstəmovun obyekti...
Elə bu məqamda bəlli oldu ki, Qış Parkı ərazisindəki parkinqdə də qiymətlər qaldırılıb.
İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə bu məsələyə reaksiya verib. Bildirib ki, “Qış Parkı” adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avto-dayanacaq var, şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir.
Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınlara insanlar qapalı parkinqdə saxlaya bilərlər, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmur tayfası “Qış Parkındakı” yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170% artırlar - əslində əksinə olmalı, gün ərzində çalışanların orada park etməsini stimullaşdırmalı idilər.
Ümumiyyətlə, son zamanlar “Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər, ard-ardına absurd qərarlar qəbul edib, bunu “insan üçün şəhər”, kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər, arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. “Pandemiya” zamanı və ondan sonra “Davosun uşaqları” dünyada, elə bizdə də aktivləşiblər, anti-insan, anti-azadlıq gündəliyini sırımağa çalışırlar.
Daha bir məsələ odur ki, Qış parkını da, yeraltı dayanacağı da Dövlət tikib, mənim-vətəndaşın pulu, vergiləri ilə inşa edib, indi AYNA adlı geydirmə bir quruma veriblər, onlar da istədikləri tarifi müəyyən edir. Yəni, mənim pulumla tikilən dayanacaqdan, məndən yenə pul almaqla qazanırlar – absurddur. Ora özəl yer deyil, özəl sektorun investisiyası ilə tikilməyib, ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, yaxşı, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsınlar, özlərinə xarici səfərlər təşkil etsinlər?!
Yüz dəfə demişik – vətəndaş olaraq parkinqə pul verməyə hazırıq, amma o vəsaiti vətəndaşın seçdiyi Mer institutuna ödəyək, seçkili Mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil də, vətəndaşın seçdiyi orqan, Böyük Şəhər Bələdiyyəsinin əlində olsun, biz də bilək ki, pulu kimə və niyə ödəyirik(Yenisabah).
MİA.AZ
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb