Gəncə İcra Hakimiyyətində nə baş verir? - Maraqlı iddia və maşın kolleksiyasının siyahısı yayıldı (VİDEO, FOTOLAR)
27-03-2024 [09:53]
Xəbər verildiyi kimi, martın 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədov saxlanılıb.
İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Sonrakı məlumatlardan aydın oldu ki, saxlanılan yalnız baş memardır.
Missiya.Az-a Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən olduqca ilginc məlumatlar daxil olub. Məlumatların təhlili göstərir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin pərdəarxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə?
Saxlanılmış baş memar əsasən kimin adamı hesab olunur? Elxan Məmmədovla icra başçısı Niyazi Bayramov arasında hansı səbəblərdən narazılıq yaranıb? İcra hakimiyyətinin hüquqşünası Xaqani Əbduləzimov qurum daxilindəki "tazıya qaç, dovşana tut" oyunlarının harasında dayanır?
Bu kimi suallara tədricən cavab verəcəyik.
"Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbər heyəti və ümumən məsul şəxsləri arasında qeyri-sağlam mühit hökm sürür. Burada hamı bir-birinə torba tikməyə, əngəl yaratmağa çalışır. Hətta konkret ağır şantaja məruz qalan məmur var. Hələlik onun adını açıqlamaq istəmirəm. Demək istədiyim odur ki, burada sağlam iş şəraiti yoxdur. Deyə bilmərəm ki, bu vəziyyəti Niyazi Bayramov məqsədli şəkildə yaradıb. Amma fakt odur ki, Niyazi Bayramov gələndən hamı bir-biri ilə mehriban düşməndir. Hətta müavinlərin başçıya münasibəti də qaydasında deyil. Onlar da Niyazi müəllimin iş qaydasından narazıdırlar. Həbs olunan Elxan Məmmədovla başçı arasında bir müddətdir ki, soyuqluq yaranıb. Baxmayaraq ki, əvvəllər aralarından su keçmirdi. Ümumiyyətlə deyim ki, Niyazi müəllimin idarəçiliyində problemlər var və bunun da nəticəsidir ki, İcra Hakimiyyətinin əməkdaşları arasında münasibətlər sistemi pozulub" deyən mənbənin sözlərinə görə, bu gün Gəncədə kifayət qədər ciddi problemlər var və bunların çoxu keçmiş İcra başçısı Elmar Vəliyevin yaratdığı problemlərdir: "Niyazi müəllim problemlərin həlli istiqamətində çalışmaq əvəzinə onları ört-basdır etmək, bəzi hallarda isə, "mənlik deyil, köhnələrin zibilləridir" demək yolunu tutdu. İdarəçilikdəki qüsurlar isə nəticədə həm də onsuz da qaydasında olmayan məmur-vətəndaş münasibətlərinə xələl yetirmiş oldu. Yəni vətəndaşlar ümid edirdilər ki, yeni başçı, yeni komanda problemlərin həllində maraqlı olacaq. Lakin bunun tam əksi baş verdi. Bir nəfərin belə problemi həll olunmadı, narazılığın daha da artmasına yönəlmiş biganəlik nümayiş olundu. Camaat nə gördü: Yeni başçı problemlərlə məşğul olub etimadı doğrultmaq əvəzinə oğlunun maşın kolleksiyasını artırdı. Bizə də çox maraqlıdır, bu adamlar niyə yalnız şəxsi maraqlarını güdürlər? Yəni doğrudanmı qorxmurlar ki, bir gün dövlətin qəzəbinə tuş gələrlər? Axı təcrübə göstərir ki, dövlətin qəzəbi ağır olur. Axı memarı-filanı güdaza verməklə iş bitmir... Vallah biz də çox təəssüflənirik ki, Niyazi müəllim gözləntilərimizdən fərqli addımlar atdı, həlli vacib məsələləri görməzdən gəldi, bəzi vacib məqamları nəzərdən qaçırdı... Axı bu gün Gəncədə uşağa da məlumdur ki, İcra Hakimiyyətinin kommunal-təsərrüfat şöbəsinin müdiri Nurəhməd Əhmədov sonu yaxşı olmayacaq işlərlə məşğuldur. Bunu uşaq bilirsə Niyazi müəllim niyə bilmir? Yaxud bilirsə, niyə ölçü götürmür? Ölçü götürməməsinin arxasında hansı maraqlar var? Başqa bir misal, hüquq şöbəsinin müdiri Xaqani Əbduləzimov üzərinə düşən vəzifələrlə deyil, keçmiş icra başçısı ilə indikinin arasında "poçtalyonluq" eləməklə məşğuldur. Biz hələ yüngülündən danışırıq. Amma hamı bilir ki, elə həm də Xaqaninin sayəsində problemlər daha da dərinləşib" deyə, mənbə bildirib.
Mənbə Gəncədəki problemlərlə bağlı ötənlərdə mediada maraqlı təkliflər irəli sürüldüyünü də qeyd edib: "Təkliflərdən biri belə idi ki, Elmar Vəliyevin dövründən qalmış problemlərlə bağlı ayrıca reyestr yaradılsın və bundan sonra problemlər təhlil edilərək növbəli şəkildə həllə yönəldilsin. Başqa təkliflər də var idi. Amma Niyazi müəllim bütün bunlara əhəmiyyət vermədi. Baxın, keçmiş baş memar da korrupsiya və rüşvətxorluğa görə həbs olundu, yenisi - Elxan Məmmədov da. Yəni onda da korrupsiya, indi də. Biz inanmırıq ki, hüquq-mühafizə orqanlarının Gəncədəki işi təkcə Elxan Məmmədovu həbs etməklə bitsin. Bizcə Gəncədə məmur həbsləri bundan sonra da davam edəcək. Hələ bilmək olmaz Elxan Məmmədov ifadələrində nələri, kimlərin adını açıqlayacaq? Bizim gözləntimiz odur ki, Gəncədə həbslər davam edəcək. Bu dəqiqə İcra Hakimiyyətində hamı daha kimlərin həbs olunacağını müzakirə edir" deyə, mənbə sonda bildirib.
Elcan
Missiya.Az
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb