Bakıda “Lukoil”a maskalı hücum- İki yaralı, 5400 oğurlandı

img

24-06-2014 [13:18]


Bu gün "Lukoil” yanacaq doldurma məntəsiqənə hücum olub.

"Qafqazinfo”ya hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, hadisə bu gün səhər saat 5 radələrində Qaraçuxur qəsəbəsində yerləşən YDM-də olub.

Dörd maskalı şəxs yanacaq doldurma məntəsiqənə basqın edərək kassadan 5400 manat pul oğurlayıblar. Hadisə nəticəsində "Lukoil”in iki işçisinə xəsarət yetirilib.

Hazırda polis hadisə yerindədir və cinayətkarların tapılması ilə bağlı axtarış aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA