Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək

img

18-03-2024 [21:34]


Rumıniyada NATO-nun Avropadakı ən böyük hərbi bazalarından biri tikilir.

Mia.az xarici mətbuata istnadla xəbər verir ki, Rumıniya nəhəng hərbi baza üçün təxminən 2,7 milyard dollar büdcə ayırıb.

Məlumata görə, layihə çərçivəsində Rumıniyanın Konstansa yaxınlığında yerləşən 57-ci Hava Bazası genişləndirilərək təxminən 10 min NATO personalı və onların ailə üzvlərini qəbul etməyə hazır vəziyyətə gətiriləcək.

Sözügedən bazada çoxsaylı hərbi təyyarələr üçün uçuş-enmə zolaqları və anqarlar salınacaq: "Həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və hətta xəstəxana kimi mülki obyektlərə tikiləcək...".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR