Əbülfəz Elçibəyin doğum günüdür (FOTOLAR)

img

24-06-2014 [00:43]


Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidentlərindən biri olmuş Əbülfəz Elçibəyin doğum günüdür.

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.
Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.







Əbülfəz Elçibəy tələbə yoldaşları ilə. 1962-ci il.


Misir. 1963-cü il. Sağdan birinci Elçibəydir.


Elçibəy Misirdən qayıtdıqdan sonra. 1964-cü il.


Aspirant Elçibəy (sağda) Leninqradda ezamiyətdə olarkən. 1967-ci il.


1978-ci il.


1980-ci il.


Elçibəy anası Mehrinisə ana ilə. Kələki. 1980-ci il.


1982-ci il.


1984-cü il. Soldakı Elçibəy, sağdakı Abbas Zamanovdur.


Fəvvarələr bağı, 1984-cü il. Soldan: Elçibəy, ..., Elməddin Əlibəyzadə, Əli Məmmədov, Sabir Yanardağ, Xəlil Rza Ulutürk.


1986-cı il.


Elçibəyin qardaşı Almuradın evindəki otağı. 16 noyabr 1989-cu il.


Elçibəy, Xəlil Rza Ulutürk və Əbülfəz bəyin qardaşı Almurad ağa. Aprel 1989-cu il.


Nemət Pənahlı və Elçibəy. 1989-cu ilin mtinqlərindən biri.


Elçibəy Azadlıq meydanındakı insan seli qarşısında çıxış edir.


Elçibəyə "Türk ocaqları"nın Atatürk ödülü verilməsi ilə bağlı ziyafət. Soldan: Bəxtiyar Vahabzadə, Turan Yazqan, Elçibəy, Nihat Çətinqaya.


Digər xəbərlər
SON XƏBƏRLƏR