Moskvada azərbaycanlı gənci döyərək qətl edənlərdən 3-ü tutuldu

img

23-06-2014 [22:59]


Moskvada Azərbaycan vətəndaşını qətlə yetirən üç rus millətçisi həbs edilib. 

ANS PRESS-in məlumatına görə, millətçilər iyunun 2-də Zaur Alışevə ağır bədən xəsarətləri yetiriblər. Onlar Rusiyanın "Restrukt” milliyyətçi hərəkatının üzvü olublar. 

Qeyd edək ki, Zaur Alışev aldığı bədən xəsarətindən xəstəxanada keçinib. 

Tutulanlar Moskva ali məktəblərinin tələbələridirlər. Onları 15 il həbs cəzası gözləyir. 

"Restrukt” hərəkatının liderlərindən biri Maksim Martsinkeviçdir ki, hazırda o, həbsdədir. Hərəkat nasional-sosialist baxışları təbliğ edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA