6 skinhed azərbaycanlı gənci döyərək qətl etdi - VİDEO

img

23-06-2014 [21:02]


Rusiyanın paytaxtı Moskvada 6 skinhed azərbaycanlı gənci döyərək öldürüb.


 Axar.az xəbər verir ki, həmyerlimizin kimliyi Z.A (37) olaraq göstərilir. Həmyerlimizə hücum anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
 
Qeyd edək ki, skinhedlər gündüz saatlarında hər kəsin gözü qarşısında həmyerlimizə hücum edib. Şahidlərin bildirdiyinə görə, skinhedlər həmyerlimizin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Gəncin öldüyünü zənn edən rus anarxistlər hadisə yerini qaçaraq tərk ediblər.
 
Yaxınlıqda olan adamların köməkliyi ilə həmyerlimiz xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Olayla əlaqədar Rusiya polisi 3 skinhedi saxlayıb. Digərlərinin isə axtarışı gedir.
 
Hadisə ilə əlaqədar cinayət işi açılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA