23-06-2014 [17:18]
Bakının əksər yerlərində, xüsusən də mərkəzi küçələrdə "masaj salonu" adı altında əxlaqsızlıq yuvalarının fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Hətta bu barədə mediada dəfələrlə məlumatlar yer alıb. Amma bu məlumatlar "masaj salonları”nın fəaliyyətinin heç də "axsamasına” səbəb olmayıb. Əksinə, onların sayı getdikcə artır, mühafizə sistemi gücləndirilir, təhlükəsizlik kameralarının sayı isə çoxalır...
Məsələnin ən ağrılı və kədərli yeri odur ki, bu tip obyektlər Bakının ən mərkəzi küçələrində, özü də , yaşayış binalarının altında yerləşir.
"Masaj salonu” adı altında fəaliyyət göstərən belə əxlaqsızlıq yuvalarındakı real mənzərəni çəkib göstərmək kifayət qədər riskli olsa da,AzNews.az-ın əməkdaşları buna cəhd edib...
"Sabina”da "Relax”
Şəhərin mərkəzində fəaliyyət göstərən "Sabina” və "Relax” məkanlarında şahidi olduqlarımız göstərdi ki, günün istənilən saatında açıq-aşkar, qanuna heç bir məhəl qoyulmadan işlədilən bu "yuvalar” həm də yetərincə səlahiyyət sahibi olan şəxslər tərəfindən himayə edilir. Əgər belə olmasaydı, günü günorta çağı kiminsə mənzilinin altında kimlərinsə əxlaqsızlıq etməsinə nəinki icazə verilməzdi, hətta həmin şəxslər dərhal dəmir barmaqlıqlara atılardı..
Siqaret tüstüsündə "görünməz olan” 16 yaşlı fahişə, 50 manat...
Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə "Sabina” "masaj salonu”na enirik. Yaşı 16-dan 40-a kimi olan fahişələr foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50 manatdır. Burada "çalışanların" dediyinə görə, həmin pulun 25 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyub. Səbəbsə odur ki, müştəri növbəti dəfə "masaj olunmaq” üçün yenidən eyni məkana gəlsin. Yəni həmin "masajçı”nı harasa dəvət etməsin. Burda hansısa fahişəylə həmsöhbət olmaq əvvəldə də qeyd etdiyimiz kimi yetərincə təhlükəli olsa da, cəhd edirik...
"Gündə 20, bəzən 30 nəfərlə münasibətdə oluram”
Azərbaycanın bölgələrinin birindən olan 22 yaşlı Ayşə (ad şərtidir-red) deyir ki, üç ildir bu məkanda "işləyir”. Gündəlik qazancının 100-150 manat civarında olduğunu söyləyən həmsöhbətimin bildirdiyinə görə, gün ərzində 10-15 müştəriyə "xidmət göstərir”: "Əslində, müştəridən aldığımız 50 manatın yarısı bizə çatmalıdır. Amma bir də görürsən ki, həmin puldan bizə 10-15 manat çatır. Elə gün olur ki, 20, bəzən 30 nəfərlə cinsi əlaqədə oluruq. Rayonda isə elə bilirlər ki, burda başqa işdə işləyirəm. 17 yaşımda ailə qurmuşam, bir il sonra boşanmışam. 19 yaşımdan isə Bakıdayam”.
Fahişəxanadakı "dəmir qanunlar”
Öyrənirik ki, rəhbərlik "masajçı”lara müştərilərin xeyrinə olan şərt də qoyub: "Müştəri burdan narazı getməməlidir. Əgər hansısa müştərinin narazı olduğu buranı işlədənin qulağına çatsa, həmin gün məni qovar”.
"Masaj salonları”nda göstərilən xidmətlər...
"Sabina”dan ayrılıb çox da uzaqda yerləşməyən "Relax”a giririk. Burda da təxminən eyni mənzərədir. Damağı siqaretli qadınlar, "masaj”a gələn kişilər, qiymət razılaşmaları, bir də fonda eşidilən musiqi səsi...
"Masaj salonu”nuna növbəti müştəri gələn kimi qızların "maması” onlara yaxınlaşır, salam verir, yer göstərir və bundan sonra "masajçılar” arasında seçim etmək üçün ona vaxt verir. Müştəri həmin müddətdə bardan çay, qəhvə və ya hər hansı sərinləşdirici, yaxud da spirtli içki alıb. nuş edə bilər. O, yarıçılpaq olan xanımlardan birini seçib, "masaj otağına” aparır. Balaca, natəmiz otağa girməmişdən öncə, müştərilərin duş almaq imkanı yaradılır. Burada xidmət göstərənlərin dediklərindən belə məlum olur ki, "masaj prosesi” çox vaxt cəmi 5 dəqiqə çəkir. Əlavə vaxt itirənlər müdiriyyətin tənəsinə tuş gələ bilər...
Bu fahişəxanaların əsas müştəriləri...
Gördüklərimizdən və "masajçılar”ın dediklərindən belə məlum olur ki, bu obyektlərin əsas müştəriləri yeniyetmələr və ahıl kişilərdir: "Əli heç yerə çatmayanlar bura gəlir... Bir də görürsən evsiz, eşiksiz, dilənçiliklə pul qazanan biri girdi içəri. Amma əsas müştərilərimiz uşaqlardır. Evdən pul oğurlayan kimi cumurlar bura. Hələ burdan ucuz yerlər də var, ora daha çox gedirlər”.
Masajxana-fahişəxanaların xeyri və ziyanı...
Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış fahişəxanaların olması lazımdır, bəlkə də mütləqdir... İnsanlar fiziki ehtiyaclarını hansısa "masaj salon”larında, üzərində "otel” yazılmış "quşxanalarda” ödəməməlidir.
Ölkədə fahişəliyin leqallaşması ilə bağlı məsələni məlum və bəlkə də başadüşülən səbəblərdən yubadır. Amma əvəzində paytaxtda daha eybəcər bir mənzərə yaranıb. Kitab dükanlarının, əyləncə mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə, avtomobillərin belə yığışdırıldığı mərkəzi küçələrdə insanlara ucuz "masaj” təklif olunur. Gecə yarı bu obyektlərdə hansı oyunlardan çıxarıldığını yəqin, sakinlərlə yanaşı hüquq-mühafizə orqanlarının əməkdaşları da görür. Bəs niyə bunun qarşısı alınmır? Bu obyektlər hansı qanun əsasında fəaliyyət göstərir və yaxud da onların fəaliyyəti nəylə tənzimlənir? Axı bununla bağlı bir QANUN yoxdur. Bundan əlavə, "masaj salonları”nda insanların sağlamlığı, təhlükəsizliyi necə qorunur?.. Sual bunla da bitmir. Əsas sual - bundan əvvəlki sualların cavabı isə bu sualla müəyyən olunmalıdır: Görəsən, əxlaqın və qanunun pula təslim olunduğu, bu məkanların sahibləri kimlərdi?
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar