"Nazir Sahil Babyevlə müavini Vüsal Nəsirlinin mənə təsdiq etmədikləri 76 min manat borcları var" - Qalmaqal
04-03-2024 [12:58]
Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan “Tua-TT” MMC-nin rəhbərinin kassasiya şikayətinə baxılacaq.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum olunan Tural Asif oğlu Alışanlının şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Tural Alışanlının hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev məhkəmə prosesinə münasibət bildirib:
"Kassasiya şikayətini həm biz, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib. Onlar verilən cəzadan narazıdılar. Biz isə Tural Aslanlının heç bir günahının olmadığını, cinayət işinə isə xitam verilərək müvəkkilimin azadlığa buraxılmasını göstərmişik".
Xatırladaq ki, Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilib. Tural Alışanlı apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Tua-TT” MMC arasında 19 iyul 2016-cı il tarixdə bağlanmış müqaviləyə əsasən, 480 min manat məbləğində tikinti işlərinin podratçı tərəfindən yerinə yetirilməməsi barədə ƏƏSMN-dən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Alışanlı Tural Asif oğlu qardaşı Ülvi Alışanlının adından 24 avqust 2012-ci tarixdə “TUA TT” MMC yaradıb öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə ƏƏSMN tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 893 min manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilib.
Tural Alışanlı məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə məxsus olan şirkəti ittiham etmişdi: “Sahibi olduğum “TUA” TT MMC-yə 2016-cı il T.F-013/016 müqaviləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 892 min manat pul köçürülüb. Bu 892 min manatın 160 min manatı ƏDV ödənilib. Hər iki müstəntiqlər bilərəkdən, qərəzli, ədalətsiz olaraq bu 160 min manat ödənilən ƏDV-ni ittiham aktına 136 min manat yazıblar. 577 min manat tikinti işləri yerinə yetirilib. Bunu da bilərəkdən az yazıblar. Yenə də eybi yox, olsun.
Xüsusi olaraq qeyd etməliyəm ki, ən azı 650 min manat tikinti işləri yerinə yetirilib. 892 min manat köçürülmüş puldan 577 min manat götürülmüş işi və ödənilmiş ƏDV-ni çıxanda, qalır 143 min manat. 143 min manatdan ittiham aktlarının hər ikisində öz təsdiqini tapan adı çəkilən nazirliyin hər iki firmaya (“TUA” TT və “AĞRIDAĞ”TT) yığılıb qalmış 157 min manat pulun 81 min manatını, yəni nazir müavini Vüsal Nəsirlinin təsdiq etdiyi 81 min manatı borclarını çıxanda, qalır 62 min manat. 62 min manatdan hər iki ittiham aktında, əslində, ən azı 35 min manatlıq, amma 23 min manatlıq təsdiq olunmuş tikinti materiallarını çıxanda, qalır 37 min manat. 37 min manatdan zəmanət məktublarına ödənilən 10 min manatdan çox pulu da çıxanda, qalır 27 min manat. Danılmaz faktdır ki, adı çəkilən nazirliyin - şəxsən nazir Sahil Babyevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə təsdiq etmədikləri 76 min manat yığılıb qalmış borcları var.
Bu 76 min manatdan da 27 min manatı çıxanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəxsən nazir Sahil Babayevin və müavini Vüsal Nəsirlinin sahibi olduğum “AĞRIDAĞ” TT MMC-yə şəxsən mənə 49 min manat borcları qalır”.
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub