Sərhədimizi pozan əcnəbilər saxlanılıb

img

04-03-2024 [11:45]


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

Mia.az DSX-yə istinadla xəbər verir ki, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR