BAYILIN TIXACLARI və ya Bombeyə çevrilən Bayıl...

img

04-03-2024 [09:46]


Bilənlər bilir, bilməyənlər üçün deyim ki, bizim Bayılın yeganə rahatlığı tıxacların olmaması idi.

Az.Neft meydanını keçən kimi Bakının tıxacları sona çatırdı, adamlar da, maşınlar da rahat nəfəs alırdı. İndi isə, bu rahatlığıa da əlimizdən alıblar, obrazlı desək, günümüzü göy əskiyə büküblər, Bayılı Bombeyə döndəriblər...

Bu gün 100 minlərlə adamın yaşadığı Bayı qəsəbəsi sözün əsl mənasında, Bombeyi xatırladır. Bayıl sakinləri də Bombey sakinləri kimi, ömrünün yarısını tıxaclarda batırır. Dəhşət budur ki, bu tıxaclar “pik saatı”, səhər-axşam bilmir. Səhər saat 8-dən axşam 8-ə kimi, şənbə-bazarsız, avtomobil tıxacları qurtarmaq bilmir. Şəhərin ekologiyasına, camaatın ekonomiyasına nə qədər ziyan dəyir... Amma vəziyyət birmənalı olaraq, maşın sıxlığının nəticəsi deyildir. Az.Neft meydanından Bayıl tərəfə yol həmişə açıqdır, tıxaclar ancaq əks yolu bağlayır. Deməli, süni olaraq yaradılır?!

Bəli, bəli, Bayıl tıxacları Az.Neft meydanı yaxınlığında, dənizin kənarında “Dəniz mal” adlı nəhəng alverxananın açılışından sonra vüsət alıb. Əl Oyunları stadionu ilə üzbəüz svetafor qoyulub, Bayıladan gələn maşın karvanı burda saxlanılır, Bayraq meydanına kimi uzanan dəhşətli tıxaclar yaranır. Məqsəd insanların yolunu bağlamaq və “Dəniz mal”a gedən yolu açmaqdır. Halbuki həmin svetafordan 100 metr yuxarıda dairə var və “Dəniz mal”a gedən maşınlar burdan fırlanıb qayıda bilər. Yeri gəlmişkən, əvvəllər də belə idi, şəhərə qayıdanlar bu yolu seçirdi. İndi isə, bir alverxananın rahat işləməsi üçün insanları, maşınları yollarda çürüdürlər...

Bu biabırçılığın qarşısını almaq, bu svetaforu bağlamaq, Bayıl yolunu açmaq olmazmı?! Heç olmasa, camaat işinə-gücünə rahat gedib-gələr, tıxaclarda vaxt və benzin itirməz...

Qalib ARİF

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq