"Qarabağ"ın rəqibini dayandırmaq olmur - "Bayer" yenə qalib gəlib

img

04-03-2024 [00:24]


Almaniya Bundesliqasının lideri, "Qarabağ"ın Avroliqadakı rəqibi "Bayer Leverkuzen" 24-cü turda səfərdə "Köln"ə üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu "Bayer Leverkuzen" səfərdə "Köln"ə qalib gəlib - 0:2.

"Bayer"in qollarını 37-ci dəqiqədə Ceremi Frimponq, 73-cü dəqiqədə isə Alejandro Qrimaldo atıb.

Onu da qeyd edək ki, "Köln"ün futbolçusu Yan Tilman 14-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Beləliklə, “Bayer Leverkuzen” qalib gəlməklə, ən yaxın izləyicisi “Bavariya” ilə aradakı xal fərqini 10-a çatdırıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq