İsrail Baş Qərargah rəisindən xəbərdarlıq: ""Hizbullah"la elə zərbələr vurduq ki..."

img

28-02-2024 [09:43]


İsrail Baş Qərargah rəisi Herzi Halevi Livandakı "Hizbullah" Hərəkatını hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Livanla sərhəddə yerləşən hərbi hissədə olarkən  söz açıb.

İsrail Baş Qərargah rəisi bildirib ki, Hizbullah yaraqlıları 7 oktyabr günü savaşa qatılmaq istəyib: "Lakin onlara elə zərbələr vurduq ki, yerlərindən tərpənə bilmədillər. İndi də bura topladığımız hərbi güclərimiz onlara göz açdırmır. Buradan bir daha Livan rəhbərliyinə və "Hizbuillah"çılara deyirəm: hər hansı bir kiçik həmləniz daha bööyük bədəllər ödəməniz demək olacaq!".

Qərargah rəhbəri orduya ayıq-sayıq olmağı, daha çox kəşfiyyat məlumatı toplamağı  tapşırıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA