Berlində Qafqazı ikiyə bölən “divar” söküləcəkmi? – Tarixi görüş (TƏHLİL)
27-02-2024 [15:55]
Ermənistan və Azərbaycan xarici işlər nazirləri fevralın 28-29-da Berlində bir araya gələcək. Görüşün yeri və keçirilmə tarixi diqqət çəkir.
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüş zamanı hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılmışdı ki, onlar yenidən yaxın zamanda görüşsünlər və sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.
Görüşün Almaniyanın paytaxtı Berlin şəhərində olacağı da təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, üçtərəfli görüş Almaniyanın Münhen şəhərində baş tutmuşdu. Bu mənada növbəti görüşün də Almaniyada olacağı məntiqlidir.
Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsinin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir.
Görünən odur ki, həm Bakı, həm də İrəvan Münhen görüşündən və Almaniyanın yanaşmasından məmnun qalıb. Almaniya kanslerinin Münhen görüşünə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması Bakının ürəyincədir. Ermənistan üçün isə görüşün Qərb ölkələrindən birində keçirilməsi vacib idi. Bu mənada XİN başçılarının Belində görüşməsi, görünür, həm də hər iki tərəfin ortaq qərarıdır.
Görüşün Almaniyada baş tutması gözlənilsə də, Berlin burada yenə vasitəçi deyil, ev sahibidir. Bu mənada görüşü “ikitərəfli danışıq” da adlandırmaq olar.
Görüşdə XİN başçılarının ilk növbədə Münhen görüşündə əldə edilən “sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqlarının davam etdirilməsi” məsələsini müzakirə etmələri mümkündür. Bundan başqa XİN başçılarının görüşlərinin ardıcıl xarakter alması, eləcə də sülh prosesi istiqamətində yol xəritəsinin daha optimal hala salınması müzakirə edilə bilər. Görüşdə ilkin sülh müqaviləsinin imzalanması və bu istiqamətdə qarşıda duran problemlərin həlli də müzakirəyə çıxarıla bilər.
Turan Rzayev
MİA.AZ
Partiya sədri Akşeneri ziyarət etdi - Sabiq partiya liderinin fotosu müzakirəyə səbəb oldu (FOTO).
Türkiyədə benzin qiymətləri enir - Bu gecədən
Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib
Nadejda İsmayılova "Şöhrət" ordeni verildi - Sərəncam
Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklik oldu - Prezident təsdiqlədi (DETALLAR)
PREZİDENT İH SƏDRİNİ VƏZİFƏDƏN ÇIXARDI - Yeni təyinat + FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Tanınmış aktyor qaraciyər donoru axtarırır - Qardaşından açıqlama
Səlim Müslümovun dayısı qızının əri şirkətdən də uzaqlaşdırılıb
Joze Mourinyo "Beşiktaş"ın oyunçusunu istəyir
Nigar Səfxanova kollec direktoru təyin edildi
"Atena” qanunvericiliyi pozub
"Qalatasaray"ın uruqvaylı yarımmüdafiəçisi ayrılmaq istəyir: "Motivasiyasını itirib..."
Türkiyədə zəlzələ oldu - 4 bal
BALIQ OVU KVOTASI TƏSDİQLƏNDİ - Hökumətdən qərar + CƏDVƏL
Baş prokuror 5 rayondan olan vətəndaşları qəbul edib
Qaraçuxurda bina tikintisi və 500 min manatlıq dələduzluq - İş adamını kimlər aldadıb?
"Obyekt sahibləri daha artıq əmlak vergisi ödəsin" - Təmraz Tağıyev
"Ağakərimə deyin: əvvəllər stul olmayanda insanlar harada otururdu?" - Alim Qasımovdan cavab gecikmədi
Ölümsüzlük ideologiyası və yeni elitizm...
"Azərişıq"dan özbaşınalıq: "Jurnalistlərin binası"nda borcu olmayanların işıqları niyə kəsilib?
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb