Qubada arvad əlil ərini odunla döyərək öldürdü-VİDEO

img

20-06-2014 [23:19]


Qubada dəhşətli qətl hadisəsi baş verib. Qadın həyat yoldaşının canına qıyıb. Odun parçası ilə edirilən zərbələrdən ailə başçısı gözlərini əbədi yumub.

MİA ANS TV-ə istinadən xəbər verir ki, qətl Qubanın Susayqışlaq kəndində baş verib. Ailə üzvləri əvvəlcə kənd sakini, 2-ci qrup əlil Zeynal Xanəliyevin ağacdan yıxıldığını desələr də araşdırmalar onun öz arvadı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib.

Quba rayon prokurorunun böyük köməkçisi Rövşən Əhmədovun sözlərinə görə, təyin edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən oldu ki, mərhumun üzərində bədən xəsarətləri var: "Sonradan onun yoldaşı Gülnaz Xanəliyeva öz ifadəsində etiraf etdi ki, həyat yoldaşı onun tərəfindən döyülərək öldürülüb”.

Rövşən Əhmədov mərhum Zeynal Xanəliyevin odun parçası ilə qətlə yetirdiyini bildirdi.

Quba polisi 3 qız anası Gülnaz Xanəliyevanı şübhəli şəxs qismində həbs edib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb.

Şərh Yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA