Qəzzada can itkisi artır - Son məlumat yayıldı

img

27-02-2024 [00:05]


İsrail ordusunun Qəzza zolağına axşamüstü etdiyi hücumlar nəticəsində daha 18 fələstinli həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin WAFA rəsmi xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Rəfahın qərbində Küveyt xəstəxanası yaxınlığında Zatme ailəsinə məxsus ev İsrail tərəfindən bombalanıb: "Nəticədə əksəriyyəti qadın və uşaq olmaqla ən azı 9 fələstinli həyatını itirib. Bundan başqa Rəşid, Şeyx İclin bölgəsi və Nusayrat Qaçqınlar Düşərgəsinin qərbində ümumilikdə daha 9 nəfər öldürülüb, onlarla yaralı var".

Xəbərdə deyilir ki, bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həlak olanların sayı 29 min 782-yə, yaralı sayı isə 70043 nəfərə çatıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR