Dövlət Komitəsindən 16 yaşlı qızın ərə verilıməsi barədə - Açıqlama

img

26-02-2024 [12:35]


Ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb.

Mia.az xəbər veirr ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər.

Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla peşə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Bakının Maştağa qəsəbəsində 16 yaşlı qızın bu günlərdə toyunun olacağı ilə bağlı məlumat yayılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq