BERLİNDƏ İKİGÜNLÜK MÜHÜM GÖRÜŞ BİTDİ: Ceyhun Bayramovla erməni nazir nəyə razılaşdı? - FOTOLAR (YENİLƏNİB)
29-02-2024 [17:07]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Berlin görüşü çərçivəsində iki ölkə arasında bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğunu qeyd ediblər.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.
Səfər çərçivəsində nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
Qeyd edək ki, 28-29 fevral tarixində Azərbaycan və Ermənistan XİN başçıları arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.
***
Bu gün - fevralın 29-da Azərbaycan və Ermənistan XİN başçıları arasında Berlində danışıqların ikinci günü başlayıb.
MİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial media hesabında məlumat paylaşıb.
***
Xəbər verdiyimiz kimi, bu gün - fevralın 28-də Almaniyanın xarici işlər naziri Annalena Baerbokun təşəbbüsü ilə Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında təkrar görüş olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdə Almaniyanın xarici işlər naziri Annalena Baerbok tərəflər arasında sülhə inamın böyük olduğunu deyib: "Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən münaqişədən sonra davamlı sülh əldə etmək imkanı var. Biz sülh prosesini dəstəkləyir bu istiqamətdə səylərimizi artırmağa hazırıq. Hazırda gördüyümüz mənzərə hər iki ölkənin keçmişi geridə buraxmaq və uzunmüddətli sülh üçün çalışmaq üçün atdığı cəsarətli addımlardır".
Almaniyalı nazir qeyd edib ki, sülh iki ölkə, o cümləədn Cənubi Qafqaz regionu üçün yeni imkanlar gətirəcək: "Bu, sizin ölkələriniz və Cənubi Qafqazda daha parlaq gələcək, böyük rifaha yol açacaq”.
***
Xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki vəziyyəti və perspektivləri müzakirə olunub.
Almaniyanın xarici işlər naziri Annalena Berbok iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
Nazir Ceyhun Bayramov Azərbaycan və Almaniya arasında son dövrlərdə dinamik xarakter daşıması ilə seçilən təmasların məmnunluq doğurduğunu, xüsusilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ali səviyyədə aparılan müzakirələrin əhəmiyyətini vurğulayıb.
Almaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqların təşkilində göstərdiyi dəstəyə və təşəbbüsə görə təşəkkür bildirilib.
Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib. Buna baxmayaraq, 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulmasının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Annalena Berboka təşəkkür edib.
Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.
Nazir daha sonra yazıb: "Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etməsi üçün yaxşı fürsət idi".
Xatırladaq ki, C.Bayramovla ermənik nazir arasında görüşdən sonra onlar Almaniya XİN başçısı ilə birgə görüşə dəvət olunublar.
***
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün - fevralın 28-də Berlində görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuat məlumat yayıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 27-də Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
***
"Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq".
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, - XİN başçısı bildirib.
***
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 28-29-da görüşəcək".
Mia.az xarici mediaya istinadla xəbər verir ki, görüş Almaniyanın paytaxtı Berlində olacaq.
“Armenpress”in məlumatına görə, bu barədə yayılan faktı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan təsdiqləyib.
Xatırladaq ki, fevralın 17-də Almaniyada kansler Olaf Şoltsun tşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında görüş olub.
Samir Musayev
MİA.AZ
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var
Deputat: "Bu uşaqlar dərhal valideynindən alınmalıdır"