General və sabiq idarə rəisləri hakim qarşısında - "Bir milyon manatın 30-35 faizi mənə çatıb, qalanı isə..."
22-02-2024 [12:19]
Fevralın 23-də, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdiriləcək. Nizami Məmmədovla müttəhimlər kürsüsünə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə əyləşdiriliblər.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, ötən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nazim Süleymanov ifadə verib. O bildirib ki, Hərbi Hava Qüvvəllərinin hərbi hissəsində maliyyə xidmətinin rəisi, daha sonra isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsində baş təftişçi olub. Onun bildirdiyinə görə, iki hərbi hissədə yoxlamada iştirak edib. Nazim Süleymanov qeyd edib ki, alver etdikləri şəxslərlə istintaq zamanı üzləşdiriliblər.
Prokuror Fuad Musayevin şahidə “mən sizin dediyiniz kimi alver ifadəsini işlətmək istəmirəm, sövdələşdiyiniz şəxslərlə üzləşmənizə səbəb nə olub” sualına şahid belə cavab verib: “Bəzi məbləğlər təsdiq edilmirdi. Buna görə də üzləşmə həyata keçirildi”.
Nazim Süıeymanov bildirib ki, maliyyə rəisi işlədiyi hərbi hissələrdən birində 3 dəfə təftiş aparılıb, 1 milyon 400 min manat əlavə vəsait müəyyən edilib: “Yoxlamaların sonunda təftişçi payını götürərək gedirdi. Mənim təftiş şöbəsinin rəisi Rafael Xələfovla əlaqəm olub. Maliyyə xidməti ilə bağlı onunla bəzi müzakirələr aparmışıq. 1 milyon manat civarında silinmiş vəsaitin 30-35 faizi mənə çatıb. Qalan pulu isə maliyyəçilər və təftişçilər götürüb”.
Nazim Süleymanov qeyd edib ki, onun tərəfindən dövlətə ümumilikdə 420 min manat ziyan vurulub. Həmin vəsaiti tam olaraq dövlət büdcəsinə ödəyib, hazırda təqaüdə çıxıb. Vəkillərin suallarını cavablandıran Nazim Süleymanov bildirib ki, hərbi dəniz hava qüvvələrinin hərbi hissəsində maliyyəçi işləyən zaman Maliyyə və Büdcə İdarəsinin rəisi Namiq Poladov olub: “Namiq Poladovun dövründə də hərbi hissələrdə belə qaydada işlənilib. Təftişə gələn təftişçi sonda pul aparıb. Həmişə eyni qaydada iş görülüb. O vaxtda elə olub, sonra da eyni qayda ilə işləmişik”.
Nazim Süleymanov bildirib ki, 2020-ci ilin dekabrında təftiş şöbəsində baş təftişçi işinə başlayıb. Şahid Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməsindən danışıb: “Bu üzləşmə bəzi maliyyə rəqəmləri ilə bağlı idi. Biz 4-cü korpusda yoxlamaya getmişdik. 1 milyon 80 min manat vəsaitin silinməsi ilə bağlı məsələni Rafael Xələfov qəbul etmirdi. Biz üzləşdik, həmin zaman yadına düşdü və qəbul etdi. 1 milyon 80 min manatın ona çatdığını təsdiqlədi”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bundan əvvəlki proseslərdə Rafael Xələfovun Nazim Süleymanovla birlikdə yoxlamaya getmələri barədə verdiyi ifadəsini xatırladıb. Vəkilin səsləndirdiyi həmin ifadədən məlum olur ki, Rafael Xələfov Nazim Süleymanovla birlikdə korpusda apardığı yoxlama zamanı 380 min manat alıblar, 190 min yuxarı veriblər, 190 min manatı isə özü ilə Nazim Süleymanov arasında bölüşdürüblər. Nazim Süleymanov Rafael Xələfovun bu ifadəsinin həqiqət olmadığını söyləyib: “Rafael Xələfov mənə pul verməyib. Əksinə, mən ona pul vermişəm”. Daha sonra ifadə verən Emin Hüseynov bildirib ki, 3 hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissədə əlavə vəsaitin 65 faizini Cəlal Kazımova verib. Şahid deyib ki, onun tərəfindən dövlətə dəymiş ziyan 350 min manat olması müəyyən edilib, həmin vəsaitdən cəmi 17 min manat ödəyib. O, yaxın vaxtlarda qalan pulları da ödəyəcəyinə söz verib. Şahid qismində dindirilən Cəmil Quliyev 5 hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, hərbi hissələrdən birində 1 milyon manat əlavə vəsait silinib. Həmin vəsaitində 60 faizini korpusun maliyyə xidmətinin rəisi olmuş – Yaşar Rzayev və Nazim Süleymanova verib. Daha sonra ifadə verən Eduard Hacıyev deyib ki, 519 min 810 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, həmin puldan Cəlal Kazımova da verib: “Çünki rəisim Cəlal Kaızmov idi. Bundan əlavə xüsusi tapşırıqlar olub. Bu vəsaitləri də Cəlal Kazımova vermişəm. Məndən nə istəyirdi, verirdim. Amma xüsusi tapşırıqlarla bağlı vəsait kimə çatdığını bilməmişəm”.
Eduard Hacıyev qeyd edib ki, onun tərəfindən dövlətə 151 min manat ziyanın vurulması müyyən edilib və həmin vəsaiti tam olaraq dövlət büdcəsinə ödəyib. Şahidin ifadəsi ilə bağlı arayış verən Cəlal Kazımov bildirib ki, heç bir xüsusi tapşırıqla bağlı pul almayıb:
“Mənə bu şəxs heç bir vaxt pul verməyib. Namiq Poladov, Nərman Cabbarov yoxlama aparıblar. İndi ad çəkmək istəmirlər. Belə ifadələri burada səsləndirirlər”. Məhkəmədə ifadə verən maliyyə xidmətinin rəisləri deyiblər ki, əsgərlərin, şəxsi heyətə aid vəsaitlər tam qaydasında paylanılıb, həmin vəsaitlərin mənimsəməyiblər. “Mən 2006-cı ildən xidmətdə olmuşam. 2017-ci ildən isə Maliyyə xidmətinin rəisi vəzifəsini daşımışam. Əsgərin pulunu mənimsəmək ən pis işdir. Əsgərin puluna göz dikmək olmaz. Heç vaxt əsgərin pulunu mənimsəməmişəm” - deyə hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Ceyhun Məmmədov bildirib. Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizədə bildirib ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, əsgərlərin pulları mənimsənilib: “Amma araşdırlar zamanı belə bir fakt aşkarlanmayıb”.
Şahid qismində ifadə verən maliyyə xidmətinin rəisləri də deyiblər ki, əsgərlərin əməkhaqlarından bir manat da olsun mənimsənilməyib, onların vəsaitləri özlərinə tam ödənilib. Prosesdə şahid qismində çıxış edən maliyyə xidmətinin rəisləri qeyd ediblər ki, onlar tərəfindən mənimsənilən vəsaitlərin bir qismi ödənilib. Hər bir maliyyə işçisi ifadələrində dövlətə vurmuş olduqları ziyanı yaxın zamanlarda tam ödəyəcəklərinə söz veriblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?