PROREKTORUN QƏTLİ: rektorun bacısı qızı ifadə verdi - "Sərxoş olub polisə qətl törətməsi barədə məlumat verib"
22-02-2024 [11:17]
“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən Etibar Bağırov bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır: “Evə gələndə uşaqlar dedi ki, ata, dostunu televizorda göstəriblər. Baxdım ki, Tariyeli öldürüblər. Hadisə barədə heç bir məlumatım olmayıb. Heyif, Tariyel öləsi adam deyildi".
Digər şahid Azər Şirinov bildirib ki, zibil atmağa çıxanda parkda yerdə uzanıqlı adam görüb: "Səhər tezdən evdən zibil atmağa çıxmışdım. Gördüm parkda bir nəfər üzü üstə yerdə uzanıb. Yaxınlaşdım, amma tanımadım. Sonra evə qalxıb polisə məlumat verdim. Bölmədən polislər gəldi".
Şahid Günel Quliyeva isə bildirib ki, təqsirləndirilən Dəyanət Quliyev onun qardaşı, Müşfiq Atakişiyev isə dayısıdır: "Mən bu hadisədən Dəyanət həbs olunadan sonra xəbərdar olmuşam. Əvvəllər Tariyel Əhmədovu tanımamışam. Dəyanətin yoldaşı bizə zəng etdi, anamla danışdı. Dedi ki, Dəyanət içib sərxoş olub, polisə qətl hadisəsi törətməsi barədə məlumat verib. Son zamanlar Dəyanətin psixologiyasında problemlər yaranmışdı. Buna görə də həkimə gedirdi, dərman qəbul edirdi. Amma sonradan həkimə getmədi, dərman qəbul etmədi".
Günel Quliyeva daha sonra təqsirləndirilən dayısı Müşfiq Atakişiyev barədə danışıb: "Atam vaxtsız vəfat edib. Bizə Müşfiq dayım həmişə dəstək olub. Mənim də toyumu dayım edib, cehizimi alıb. Digər bacımın da toyunu dayım edib. Toydan yığılan pulu dayıma versək də, götürməyib. Dayım Dəyanəti oxudub, işlə təmin edib. Ev, maşın almasına köməklik göstərib. Amma qardaşım sonradan spirtli içkini çox içdiyi üçün başı pozulub. Qardaşım vaxtı ilə mənim də maddi çəhətdən əlimdən tutub. Ona görə də ona mən də köməklik etmişəm. Qardaşım məndən kredit götürərək ona verməyimi istədi. Mən də bankdan 4 min manat kredit götürərək ona verdim. Sonradan eşitdim ki, qardaşım həmin pulu qumarda uduzub. Sonradan qardaşım həmin krediti ödəyə bilmədi. Məcbur qalaraq mən ödəməyə başladım. Qardaşım hər dəfə məni görəndə kredit ödəyə bilmədiyi üçün başını aşağı salırdı, məndən utanırdı".
Daha sonra prosesdə şahidlərin istintaqa verdiyi ifadə elan edilib.
Məhkəmə prosesi martın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.
MİA.AZ
“Çelsi” dumanlı Albiondan çiskinli Bakıya gəldi - “Qarabağ”ın qələbəsi bütün mərc hesablarını alt-üst edəcək (VİDEO)
ABŞ-da tarix yazan yeni müsəlman lider: "Tramp, məni izlədiyini bilirəm, səsi qaldır"
Bir milyonu əldən çıxan generaldan maraqlı açqlama: "Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara"
Pensiyalar bu qədər artacaq - Nazir açıqladı
Rasim Balayev qalmaqllı çıxışdan danışdı: “Bircə onu bilirəm ki...”
Prezident onları təltif etdi - SİYAHI
Zahid Oruc: ”Heydər Əliyev qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı..." (Yenilənib)
Sabah yağış yağacaq
"Card to Art" layihəsi "Araz"ın Xankəndi filialında - FOTOLAR
Süni göl, güllə keçirməz şüşələr... - Ramiz Mehdiyevə nəhəng malikanələrdən birini nazir bağışlayıb, bəs digərlərini?
AzTV sədri vertolyot almaq istəyirmiş: "Burada ayda 6-7 min manat alan müxbirlər var" - "Müxbirin birinə 500, digərinə 3000 manat..."
Azərbaycanlı kriminal avtoritetlərə qarşı əməliyyat: biri öldürülüb, digəri... - Xərackəsmə, "razborka", pul yükləmə...
İlham Əliyev Ərəb Koordinasiya Qrupunun rəhbər şəxslərini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
Xəzər dənizində zəlzələ olub - 3.1 bal gücündə
Filippində güclü qasırğa: böyük dağıntılar var, helikopter qəzaya düşüb - 72 nəfər ölüb, 26 nəfər isə...
KAPİTAN GENERALA NECƏ KƏLƏK GƏLİB: kabinetdə sayılan milyonlar, lüks maşınlar və... - İttiham aktı
İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı - Bakının mərkəzində + SƏNƏDLƏR
Milli Məclis bəyanat yaydı
Çağdaş Atan "Konyaspor"un baş məqçisi təyin olundu: "Qürurluyam"
Zahid Oruc: Tam suverenlik həm də sülh və qarşılıqlı əməkdaşlığın əsas göstəricisinə çevrilə bilər
Azərbaycan nefti 65 dollara düşdü
Borclanan "Bank VTB" haqqında yeni xəbər yayıldı - Kassasındakı pulların 58 faizini götürüb!
Dünyanı heyrətə salan olay - Atlantik okeanında tonlarla kokain daşıyan sualtı qayıq açkarlanıb
Okan Buruk: "Bizə meydan oxuyacaq bir komanda ilə qarşılaşırıq"
Çempionlar Liqası: "Real", PSJ uduzdu... - Gecədən nəticələri
"Ayaks"ın oyunçu: "İnanıram ki, "Qalatasaray"ı məğlub edəcəyik"
"Alt şüurda ilişib qalmış xatirə, yaxud nastolji..." - Dövlət Komitəsinin, yoxsa Agentliyin səhvi? - FOTOFAKTLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
"Beşiktaş"ın sabiq futbolçusu dönər biznesinə girişib
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
İsrail hərbçiləri İordan çayının qərb sahilində: yeni əməliyyatlar başlayıb - Həbslər var
Səlçuk İnan: "Qalatasaray"ı məğlub edəcəyik"
Kamal Kılıçdaroğlunn süqutu: ofis təhvil verildi - Türkiyə siyasətində daha bir dövr qapandı (FOTO)
"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb - Kamerunlu qolkiper də sıradan çıxıb
Zəfər Günü yürüşlərin olacağı küçələr - SİYAHI
Qəzzada ölənlərin sayı 68.872-yə çatıb
Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib