Azərbaycanlı milyonçu sadə vətəndaşı döydü - FOTO

img

20-06-2014 [11:53]


Bodrumda istirahət edən Azərbaycan əsilli iş adamı Rza Zərrab mühafizəçiləri ilə birgə mülkü vətandaşlara hücum edib.

 

Mia.az axar.az-a istinadən verir ki, Rza Zərrab Bodrumda yaxta ilə gəzmək istəyərkən ərazidəki vətəndaşlar ona "oğru var” deyə söz atmağa başlayıblar. "Yaxtanı kimin pulu ilə aldın” sualına əsəbiləşən Rza Zərrab ərazidən uzaqlaşıb.

 

Hadisə şahidləri bir müddət onun ətrafdakı yaxtalara baxdığını və limana endikdən sonra mühafizəçiləri ilə birgə vətəndaşlara hücum etdiyini deyiblər.

 

Şahidlər mühafizəçilərin hətta bir qadını vuraraq yerə yıxdıqlarını, bir yoldaşlarının faciəvi şəkildə döyüldüyünü və Rza Zərrabın hadisə yerindən çətinliklə uzaqlaşdırıldığını bildiriblər.

 

Xatırladaq ki, Rza Zərrab Türkiyədə dekabrın 17-də başladılan anti-korrupsiya və rüşvət əməliyyatı zamanı həbs edilib və bir müddət sonra azadlığa buraxılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA