ÜST direktoru həyəcan təbili çalır: "Qəzza artıq ölüm zonasına çevrilib"

img

22-02-2024 [00:04]


"Qəzzanın böyük hissəsi xarabaxanaya çevrilib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qəzzadsa yaşanan yoluxucu xəstəliklərlə bağl mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru  Tedros Adhanom Qebreyesus deyib.

O, Qəzzada hazırda vəziyyətin çox ağır olduğunu qeyd edib: "Qəzza artıq ölüm zonasına çevrilib. Ərazinin böyük bir hissəsi dağıdılıb, xarabaya çevrilib. 29 mindən çox insan həlak olub, çoxlu sayda insan isə yaralanıb. Müharibə başlayandan bəri ağır qida çatışmazlığı sürətlə artıb, yolxucu xəstəliklər tüğyan edir..."

Qəzzada artıq dərhal atəşkəsə çox böyük ehtiyac olduğuna bəyan edən  Tedros Adhanom Qebreyesus əlavə edib ki, bölgədə ciddi qida və dəırman çatışmazlığı daha dəhşətli mənzərəyə yol açıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA