İlham Əliyev Ankarada: "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" - "Ordularımız tək yumruq kimi hərəkət edir"

img

19-02-2024 [17:51]


"Türkiyə sülhün, sabitliyin və əməkdaşlığın təminatçısıdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ankara Prezideünt Ərdoğanla birgə mətuat konfransı keçirən Azərbaycan prezidenti İlham Əliyev deyib.

O bildirib ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır: "Azərbaycan xalqı Türkiyənin qardaş dəstəyini heç vaxt unutmayacaq. Türkiyə bu gün dünyada söz sahibidir. O, sülhün təminatçısıdır. Qarabağda tarixi məsələmizi həll etdik.

Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də önəmlidir. Türk dünyasının birləşməsi, ortaq mədəniyyətlərə malik xalqların birgə yaşaması Türk Dövlətləri Təşkilatının hər bir üzvünün gücünü gücləndirəcək.

Türk dünyasının birləşməsi, ortaq mədəniyyətlərə malik xalqların birgə yaşaması Türk Dövlətləri Təşkilatının hər bir üzvünün gücünü gücləndirəcək. Ordularımız tək yumruq kimi hərəkət edir".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA