Liderlər bir araya gəldi, razılıq əldə edildi: Şolts masasında nələr baş verdi? (TƏHLİL)
17-02-2024 [21:38]
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.
Ümumilikdə görüşlə bağlı bir sıra məqamlar diqqət çəkir.
Şolts masası
İlk öncə onu qeyd edim ki, görüş Almaniya Kansleri Olaf Şoltsun xahişi ilə baş tutub. Almaniyanın təşəbbüsü ilə keçirilən görüş Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi kimi xarakterizə edilə bilər.
O.Şoltsun görüşə öncədən hazırlandığı açıq şəkildə sezilir. Bunu tərəflərin əyləşdiyi masalara qədər bütün nüanslara diqqət edilməsi də sübut edir. Misal üçün, tərəflər üç fərqli masada əyləşsə də masaların ümumi duruşu “bərabərtərəfli üçbucaq” formasındadır. Bu həndəsi nüansla rəsmi Berlin qurulan bu masanın tərəfsiz olduğunu, habelə masa arxasında əyləşənlərin də Berlin nəzərində eyni olduğu mesajı verilir.
Görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etmədiyi, habelə Almaniyanın burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısı qismində iştirak etməsi də diqqət çəkirdi.
Emmanuel Makronun görüşdə iştirak etmədiyi Berlinin Bakının qırmızı cizgilərinə hörmət etdiyini göstərir. Belə ki, Fransanın sərgilədiyi təktərəfli, qərəzli və destruktiv mövqe Bakının Parisin iştirak etdiyi platformalarda iştirakını mümkünsüz edir.
Azərbaycan Almaniyanın da qərəzli mövqeyi unutmayıb. Lakin bununla belə, rəsmi Bakı sülhə sadiqdir və Cənubi Qafqazda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına, sülh gündəminin inkişaf etdirilməsinə xidmət edəcək görüşlərdən geri durmur. Bunu da görüşdə iştirak edərək bir daha qeyd etmiş oldu.
Əldə edilən razılıq
Almaniya kanslerinin görüşə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması görüşün ümumi atmosferi kimi əldə edilən razılaşmaya da müsbət təsir edib. Belə ki, görüşdə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə bağlı da tapşırıq verilib.
Əldə edilən razılıqları ümumi mənada müsbət hesab etmək olar. Təbii ki, qeyd edilən məqamların şifahi olması, yazılı bir sənəddə əksini tapmaması Ermənistanın yayınma cəhdlərini mümkün edir. Lakin bütün hallarda bu görüş Bakının lazımi şərtlər və tərəfsizlik qorunacağı təqdirdə Qərb platformasına qayıtmasının mümkünlüyündən xəbər verir.
Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ən azından ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir. Bundan başqa Qərb platformasına qayıdış həm də Rusiyanın sülh prosesində dominantlığının qarşısını almaq baxımından önəmlidir. Təcrübə göstərir ki, Qərb platformalarında əldə edilən razılıqları Kreml də qəbul etməli olur.
Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan faydalanmaq üçün isə ilk növbədə Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir.
Turan Rzayev
MİA.AZ
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır