Qardaş qardaşın evinə od vurdu

img

19-06-2014 [14:20]


Qax rayon sakininə məxsus evi yandıran şəxs tutulub. MİA-nin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qax rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş qardaşı İosif tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA