“Hafka”ya məxsus şirkətdən işdən çıxarılan neftçi intihar etdi

img

19-06-2014 [14:15]


İş adamı Hafiz Məmmədova məxsus "Bahar enerji” neft şirkətindən işdən çıxarılan neftçi intihar edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.

Hüquq müdafiəçisi bildirib ki, 40 yaşlı Kövsərov Etibar Nadir oğlu "Bahar enerji” əməliyyat şirkətində elektrik işləyib. Lakin ixtisarlar adı ilə işdən çıxarılıb.

İşini itirən elektrikçinin maddi durumu ağır olub: "Hafka” belə istəmişdi. Etibar özünə iş tapa bilmirdi. O, bağında özünü asaraq intihar edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA