İsrail mətbuatı: "Qahirədə atəşkəs və əsir mübadiləsi danışıqları başa çatıb, razılaşma olmayıb"

img

14-02-2024 [00:06]


Bu gün ABŞ, Qətər və Misirin, həmçinin HƏMAS nümayəndələrinin və İsrailin kəşfiyyat rəhbərlərinin iştirakı ilə Qahirədə keçirilən “Qəzzada atəşkəs və tərəflər arasında qarşılıqlı məhbus mübadiləsi danışıqları”ı başa çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb. 

Bildirilib ki, danışıqlarda iştirak edən İsrail nümayəndə heyəti Misirin paytaxtı Qahirədən artıq geri dönüb.

Qeyd edilib ki, İsrailin əsir mübadiləsi üçün münaqişəni müvəqqəti dayandırmaq israrına HƏMAS razılaşmayıb: "Onlar daimi atəşkəs tələbi üzərində dayanıblar. Bu səbəbdən razılaşma olmadan görüş başa çatıb..."

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA