SƏRHƏDDƏ GƏRGİNLİK: nə baş verir? - TƏHLİL
13-02-2024 [17:16]
Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində bir hərbiçimiz boyun nahiyəsindən yaralanıb.
Ermənistan ordusunun Zəngilan istiqamətində atəş açması fonunda yaranan gərginlik 19 sentyabr anti-terror hadisəsindən sonra ilk ciddi insidentdir. Aydındır ki, bu təxribat öncədən hazırlanıb və planlı şəkildə həyata keçirilib. Bunu yayılan görüntülərdə atəş açan hərbçinin snayper olması, özünə mövqe seçib, hazırlaşıb aktı icra etməsi də sübuta yetirir.
Sülh prosesinin və sərhəd delimitasiyası müzakirələrinin getdiyi bir məqamda İrəvanın təxribat törətməsi diqqət çəkir. Məlum məsələdir ki, Ermənistanın niyyəti genişmiqyaslı müharibəyə başlamaq deyil. Çünki bunun üçün nə lazımi gücü var, nə də daxili-siyasi sabitliyi…
Mövcud təxribatlardan İrəvanın əldə etmək istədiyi bir neçə divident var:
Birincisi, Ermənistan Azərbaycanı bu tip təxribatlara çəkərək gərginliyi artırmaq, beləliklə Azərbaycana qarşı beynəlxalq təzyiq yaratmaq istəyir. Xüsusilə iki ölkə arasında sülh danışıqlarının getdiyi və rəsmi Bakının əlinin güclü olduğu bir zamanda bu, İrəvan üçün çox vacibdir.
Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Belə vəziyyət – Bakının danışıqlar prosesində üstün olması İrəvan üçün arzuedilən deyil. Ermənistan Bakıya qarşı beynəlxalq təzyiq yaradaraq danışıqlar prosesində əlini gücləndirmək istəyir.
İkincisi, Ermənistanın indiki məqamda şərti dövlət sərhədində atəşkəsi pozması həm də xarici qüvvələrin istəyidir. Daha dəqiq desək, İrəvanı təxribata sürükləyən əsas ölkə Fransadır.
Aİ missiyasının genişləndirilməsi, Ermənistanın Hindistandan silahlar alması, Fransanın Ermənistanı silahlandırmasının regionda vəziyyətin gərginləşməsinə xidmət etdiyi Azərbaycan tərəfindən də dəfələrlə vurğulanıb. Fransa generalının Ermənistana səfəri, Azərbaycanla sərhəddə peyda olması və ardınca təxribatın baş verməsi də onu deməyə əsas verir ki, proseslərin pərdəarxasında Fransa dayanır.
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qisas əməliyyatı ilə cavab verdi. Bu gözlənilirdi. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq.
Bundan başqa rəsmi Bakı qisas əməliyyatı ilə Ermənistana açıq şəkildə mesaj verdi ki, ən kiçik təxribat belə cəzasız qalmayacaq. Həmin döyüş post dağıdıldı, postun şəxsi heyəti arasında ciddi itkilər var.
Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Xüsusilə sülh prosesinin getdiyi, sabitliyin olduğu sərhədlərin təyin edildiyi bir zamanda bu prosesi ləngidəcək. Bundan başqa təxriabtların davamlı olması rəsmi Bakının sərhədin qarşı tərəfində əməliyyatlar keçirməsi üçün də hüquqi baza yaradır.
İki ölkə arasında yekun sülh müqaviləsinin olmaması, rəsmi Bakının milli maraqlarını, habelə sərhədlərin toxunulmazlığını təmin etmək üçün sərhədin qarşı tərəfində əməliyyatlar keçirməsini zəruri edir. Bununla belə Azərbaycanın niyyəti sadəcə ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını təmin etməkdir”.
Turan Rzayev
MİA.AZ
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir